Ukrayna Uruqvayı Qlobal Sülh Sammitində iştirak etməyə dəvət edib

Ukrayna Uruqvayı Qlobal Sülh Sammitində iştirak etməyə dəvət edib backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba uruqvaylı həmkarı Ömər Paqanini ilə ilk dəfə danışıqlar aparıb. Müzakirə mövzularından biri də qarşıdan gələn Qlobal Sülh Sammiti olub.

Qaziler.az bildirir ki, bu barədə  Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri “Twitter” səhifəsində yazıb.

Kulebanın sözlərinə görə, o, Ukraynanın Uruqvay ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu təsdiqləyib.

"Rusiyanın Ukraynaya təcavüzünü və Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formulunu müzakirə etdik. Mən Uruqvayı İsveçrədə gələcək Qlobal Sülh Sammitində iştirak etməyə dəvət etdim", - ukraynalı nazir yazıb.

O, həmçinin əlavə edib ki, danışıqlar zamanı Paqanini ilə ikitərəfli ticarət və Ukraynanın bərpası məsələlərini müzakirə edib.

QAZİLER.AZ

 

 

Diaspora