Tatarıstanda bıçaqlı şəxs avtomobil dayanacağında polisə hücum edib

Tatarıstanda bıçaqlı şəxs avtomobil dayanacağında polisə  hücum edib backend

Tatarıstanın Nijnekamsk vilayətində 1999-cu il təvəllüdlü kişi iki polis əməkdaşına hücum edib, hücum edən şəxs saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, fevralın 1-də respublikanın Daxili İşlər Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Hadisə Moskva vaxtı ilə saat 14:20 radələrində Rusiya Daxili İşlər Nazirliyinin Nijnekamsk vilayətində dayanacaqda baş verib. Həmin şəxs polisə bir neçə bıçaq zərbəsi endirib.

Buna şahid olan zərərçəkmişlərin həmkarları təcavüzkarı saxlayıblar. həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyatda olan yerli sakin olduğu üzə çıxıb.

“Hazırda xəsarət alan əməkdaşlar ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib”, - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora