Ramzan Kadırovun ikinci qızı Xadicat Çeçenistan Respublikasının hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsini tutub.
Qaziler.az bildirir ki, bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov bildirib. O, qohumunu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Millət vəkili qızın ona tapşırılan vəzifələrin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.
Yanvarın 17-də Xədicatin 24 yaşı tamam oldu. Əvvəllər o, Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinə rəhbərlik edib. Onun böyük bacısı Aişat da tez bir zamanda karyera qurub.
QAZİLER.AZ