Rusiya işğalçıları idarə olunan bombadan istifadə etməklə Toretsk şəhərinə (Donetsk vilayəti) hava zərbəsi endiriblər. Bu gün, yanvarın 31-də düşmənin hücumu nəticəsində iki qadın yaralanıb.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Ukrayna Baş Prokurorluğuna istinadən xəbər verir.
İlkin məlumatlara görə, rusiyalı hərbçilər Toretskə beş yüz kiloqramlıq KAB-500 bombası ilə zərbələr endiriblər.
İstintaqın məlumatına görə, qəsəbəyə bu gün saat 15.25-də hücum edilib.
"Yaşayış məntəqəsi işğalçı dövlətin ordusunun silahı altına düşüb. 36 və 64 yaşlı iki qadın yaralanıb", - məlumatda deyilir.
QAZİLER.AZ




