Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Milli Dövlətçiliyin Mühafizəsi Departamentinin rəhbərini işdən çıxarıb.
Qaziler.az bildirir ki, bu barədə məlumat Prezident Administrasiyasının saytında dərc olunub.
Bu gün, yanvarın 31-də Zelenskinin Roman Semençenkonun işdən çıxarılması ilə bağlı fərmanı PA-nin saytında yer alıb.
“Semençenko Roman Yuryeviç Ukrayna Təhlükəsizlik Xidmətinin Milli Dövlətçiliyin Mühafizəsi Departamentinin rəisi vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.
QAZİLER.AZ