Daşkənddə məmurlardan ictimai nəqliyyatdan istifadə etmək tələb olunacaq

Daşkənddə məmurlardan ictimai nəqliyyatdan istifadə etmək tələb olunacaq backend

Özbəkistanın paytaxtında “Avtomobilsiz gün” layihəsi çərçivəsində məmurlardan ayda bir dəfə ictimai nəqliyyatdan istifadə etmək tələb olunacaq.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, müvafiq təklif avtomobil qazlarının ətraf mühitə təsirinin azaldılması məqsədilə “Özbəkistan-2030” Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsinə daxil edilib.

“Daşkənddə yerləşən bütün respublika və ərazi icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları işə ictimai nəqliyyatla gəlməklə əhaliyə örnək olmalıdırlar”, - deyə dövlət proqramının layihəsində qeyd olunub.

Layihənin icrasına Özbəkistanın Ətraf Mühit Nazirliyi, Nəqliyyat Nazirliyi və paytaxt hakimiyyət orqanları cavabdeh olacaq.

QAZİLER.AZ

Diaspora