Ukrayna üçün vəd edilən milyon mərminin Avropa Birliyi ölkələrindən təhvil verilməsi yenidən yubanır. İndi onlar tədarükləri 2024-cü ilin sonuna qədər başa çatdırmaq istəyirlər.
Qaziler.az bildirir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Tvitter səhifəsində yazıb.
O qeyd edib ki, Aİ müdafiə nazirləri Ukrayna müdafiəçiləri üçün 1 milyon mərmi tədarük etmək vədini yerinə yetirməyə razılaşıblar.
"Martın sonuna qədər 0,5 milyondan çox mərmi, 2024-cü ilin sonuna qədər isə 1,1 milyondan çox mərmi çatdırılacaq", - Pevkur vurğulayıb.
Müdafiə naziri 2024-cü ilin sonuna kimi Aİ-nin istehsal gücünün 1,5 milyon ədəd mərmiyə qədər artacağını açıqlayıb.
QAZİLER.AZ