Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda aramsız yağıntılar nəticəsində qarın qalınlığı 10 metri ötüb.
Bu barədə “Haber Global” xəbər verir.
Qeyd edilir ki, ölkənin şərq şəhərlərində güclü qarla əlaqədar bir sıra çətinliklər yaranıb.
Güclü qar və çovğundan sonra Yüksekovanın mərkəzindən 50 kilometr aralıda yerləşən Dağlıca kəndinə gedən yolda qar uçqunu baş verib. Bundan sonra yol gediş-gəliş üçün bağlanıb. Vilayətin aidiyyəti orqanlar tərəfindən ərazidə təmizlik işlərinə başlanılıb.
Məlumata görə, qarın yaratdığı çətinliklərə baxmayaraq, yolun açılması üçün müəyyən işlər görülür. Fövqəladə qurumların əməkdaşları qarın bağladığı yolda tunel qazaraq ərazini təmizləyirlər.