Rusiya hökuməti Uraynadakı xüsusi əməliyyatlarda iştirak edən və həlak olan şəxslərin dul arvadlarının bir il ərzində işdən çıxarılmasını qadağan edən qanun layihəsini dəstəkləyib.
Qaziler.az bildirir ki, bu barədə TASS Nazirlər Kabinetinin rəsmi rəyinə istinadən xəbər verir.
Hökumət üzvləri qanun layihəsinin hazırkı formada təkmilləşdirilməsini tələb etdiyini vurğulayıblar. Xüsusilə, Rusiya Federasiyasının Əmək Məcəlləsinin bir maddəsinin dəyişdirilməsini təklif edirlər.
“Rusiya Federasiyası Hökuməti qanun layihəsinə yenidən baxılmasını nəzərə alaraq onu dəstəkləyir”, - icmalda deyilib.
Belə bir təşəbbüsün müharibə iştirakçılarının ailələrini qoruyacağı və onlara çətin anlarda həyatlarını normallaşdırmaq üçün vaxt verəcəyi gözlənilir.
QAZİLER.AZ