Çuvaşiyada müəllim sinif otaqlarını yandırmaq istədi, Rusiya ordusu əleyhinə video paylaşdı

Çuvaşiyada müəllim sinif otaqlarını yandırmaq istədi, Rusiya ordusu əleyhinə video paylaşdı backend

Rusiua Federasiyasının Çuvaşiya Respublikasının Çeboksarı şəhərində 46 yaşlı ibtidai sinif müəllimi məktəbi yandırmağa cəhd edib.

Qaziler.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qadın təhsil müəssisəsinə gələrək iki sinif otağını yandırıb. Nə baş verdiyini anlayan mühafizəçi polisə müraciət edib. Bundan əlavə, müəllim Rusiya ordusunu gözdən salan videonu çəkərək vatsapdakı valideyn söhbətinə göndərib.

Rusiyalı qadın saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora