Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının mümkün satışını təsdiqləyib

Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının mümkün satışını təsdiqləyib backend

Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı sənəddə Ankaranın ABŞ-dan 40 ədəd yeni F-16 almaq, istismarda olan 79 ədəd F-16-nı modernləşdirmək, həmçinin naviqasiya və rabitə də daxil olmaqla, ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istədiyi bildirilib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və ya onu bloklamaq üçün 30 gün vaxtı var.

 

 

Diaspora