Krasnoyarskda məktəbli "VKontakte" sosial şəbəkəsindəki qrupda gözlənilən terror aktı ilə bağlı şərhinə görə saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə “Kras Mash” Teleqram kanalında məlumat verilib.
Nəşrin məlumatına görə, Rusiya şəhərinin sakinləri ictimai səhifələrdən birində naməlum şəxsin mesajından qorxublar. Sözügedən şəxs hücumun təhsil müəssisəsində hazırlandığını əmin edib.
Krasnoyarsk 134 nömrəli məktəbin rəhbərliyi təkzib dərc etməklə valideynləri və uşaqları nigarançılıqdan qurtarmağa çalışsa da, bu zaman bir şagird öz hesabından söhbətə qoşularaq təhlükənin real olduğunu bildirib.
Polis məlumat verən şəxslə maraqlanıb və onu dindirib. O, bunu zarafatla etdiyini deyib. Azyaşlı artıq sərbəst buraxılıb.
QAZİLER.AZ