Rusiyada yüzə yaxın İl-76 təyyarəsi var. Onlar müxtəlif yükləri, o cümlədən hərbi yükləri daşıyırlar.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonun efirində məlumat verib.
"Bizim də belə təyyarələrimiz var. Melitopolda yerləşən hərbi-nəqliyyat aviasiyası. Bu təyyarələr güclü, ağırdır və dünyanın hər yerinə uçur. Onlar hərbi xarakterli və digər yükləri daşıyırlar. Rusiyada yüzə yaxın belə təyyarə var", - İqnat deyib.
Onun sözlərinə görə, hamı bilir ki, rusiyalılar üçün “pilotların həyatı və bir-iki təyyarə onların qeyri-insani qanlı rejimində ciddi itki deyil”.
""Siz Vaqner ÖHŞ-in taleyini gördünüz. "Vaqnerçi"lər nə qədər uçan aparat qoydular. Orada, ümumiyyətlə, təəccüblənirsən ki, Rusiya buna görə də yas tutmayacaq və itirdiyinə görə peşman olmayacaq", - Hərbi Hava Qüvvələrinin spikeri əlavə edib.
QAZİLER.AZ