Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gələcək.
Qaziler.az bildirir ki, bu barədə məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Onların sözlərinə görə, Ermənistanın baş nazirini Gürcüstanın baş naziri İrakli Qaribaşvili qəbul edəcək.
“Səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş planlaşdırılır, bundan sonra hökumət başçılarının iştirakı ilə Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.
Saat 17:00-da Gürcüstan və Ermənistan baş nazirlərinin mətbuata birgə bəyanatları olacaq”, - hökumət administrasiyasının yaydığı məlumatda qeyd olunur.
QAZİLER.AZ