Rusiya hərbçiləri Xersonu S-300 ilə vurdular: ev, uşaq bağçası və ticarət mərkəzinə ziyan dəydi - FOTO

Rusiya hərbçiləri Xersonu S-300 ilə vurdular: ev, uşaq bağçası və ticarət mərkəzinə ziyan dəydi - FOTO backend

Yanvarın 26-na keçən gecə rus ordusu Xersona hücum etdi. İşğalçılar şəhərə S-300 zenit kompleksindən raket zərbələri endiriblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  Xerson vilayət hərbi adminirastiyası rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, işğalçılar həmin gecə iki raket zərbəsi endiriblər. Düşmənin hücumu nəticəsində uşaq bağçası, hündürmərtəbəli bina və ticarət mərkəzinin binasına ziyan dəyib.

54 yaşlı Xerson sakini zərbəi nəticəsində yaralanıb. Onun ayağında yara və partlama travması var. Həkimlər ona yerindəcə tibbi yardım göstəriblər.

QAZİLER.AZ

Diaspora