Rusiya qoşunları Ukraynada kimyəvi silahdan istifadəni artırır və bununla da Rusiya Federasiyasının qoşulduğu kimyəvi silahları qadağan edən konvensiyasını pozur.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.
İnstitut bu barədə Ukrayna Baş Qərargahının Əsir götürülmüş və qabaqcıl silahların və hərbi texnikanın öyrənilməsi üzrə Ukrayna Mərkəzinin spikeri Andrey Rudikin yanvarın 25-də keçirdiyi brifinqə istinad edir.
Brifinq zamanı kapitan bildirib ki, 2023-cü ilin dekabrında Rusiya qoşunları kütləyə nəzarət üçün istifadə edilən gözyaşardıcı qazın bir növü olan xloroasetofenon tərkibli RG-VO qumbaralarından istifadə etməyə başlayıb. Rudikin sözlərinə görə, o vaxtdan bəri Ukrayna rəsmiləri Rusiya hərbçilərinin RG-VO qumbaraatanlarından istifadə etməsi ilə bağlı 81 fakt qeydə alıb.
ISW xatırladıb ki, Ukrayna Baş Qərargahı dekabrın 14-dən Rusiya qoşunları tərəfindən tərkibində CS qazı (2-xlorbenzalmalononitril, həmçinin RCBZ) olan yeni növ xüsusi qumbaraatandan istifadə edildiyi barədə daha əvvəl məlumat vermişdi. O əlavə edib ki, yanvarın ilk iki həftəsində Rusiya qoşunları azı 51 dəfə kimyəvi silahdan istifadə edib.
QAZİLER.AZ