Türkiyə hərbçiləri terrorçuların sığındığı mağaraları aşkar ediblər - VİDEO

Türkiyə hərbçiləri terrorçuların sığındığı mağaraları aşkar ediblər - VİDEO backend

Türkiyənin Jandarm Qüvvələri Diyarbəkir vilayətinin Dəclə bölgəsində xüsusi əməliyyat keçirib.

Çöl şəraitində həyata keçirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 10 mağara tipli sığınacaq aşkar edilib.

Həmin sığınacaqlarda həyata keçirilən axtarış nəticəsində terrorçuların istifadə etdikləri əl qumbaraları, rabitə vasitələri, güllələr, akkumulyatorlar və çöl şəraitində istifadə edilən müxtəlif hərbi təyinatlı ləvazimatlar müsadirə edilib.

Diaspora