Ukraynada ev heyvanlarının sığınacağa aparılmasına icazə verilib

Ukraynada ev heyvanlarının sığınacağa aparılmasına icazə verilib backend

Ukraynada hava hücumu zamanı ev heyvanlarını sığınacağa götürməyə və orada qalmağa icazə verilib. Müvafiq dəyişiklikləri Ukrayna Daxili İşlər Nazirliyi edib.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Dövlət Qaydalarının Vahid Reyestrində dərc edilmiş sənədə deyilir.

Sənədə əsasən, Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko “Mülki müdafiə üçün mühafizə strukturlarının saxlanmasına və istismarına dair tələblər”ə dəyişiklik edilməsi barədə göstəriş verib.

Sənəddə qeyd olunur ki, sığınacaqlara ev heyvanları ilə gələn şəxslər ayrı-ayrı otaqlarda və ya ayrı-ayrı yerlərdə yerləşdirilməlidir.

QAZİLER.AZ

 

Diaspora