İranda xəstəxanada yanğın olub

İranda xəstəxanada yanğın olub backend

İranın paytaxtı Tehranda xəstəxanada yanğın baş verib.

Qaziler.az bildirir ki, xəstələr təxliyə edilərkən yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.

İranın paytaxtı Tehranda Qandi adlanan xəstəxanada naməlum səbəbdən yanğın baş verib.

Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Maleki verdiyi açıqlamada, xəbərdarlığın ardından yanğınsöndürmə qruplarının hadisə yerinə göndərildiyini və "Şəhərin şərqində yerləşən Qandi xəstəxanasında yerli vaxtla saat 19:00 radələrində yanğın baş verib. Hazırda yanğınsöndürənlər alovu söndürmək üçün işlərini davam etdirirlər. Hadisənin təfərrüatları yanğınsöndürmə işləri başa çatdıqdan sonra açıqlanacaq", - deyib.

Qandi Xəstəxanasının direktoru yanğınla bağlı verdiyi açıqlamada: “Yanğının vurduğu bağlı hələlik heç bir məlumat yoxdur, yalnız yanğının xəstəxananın şərq tərəfindən başladığını bilirik. Hazırda xəstəxananı təxliyə edirik və lazım gələrsə, xəstələr başqa xəstəxanalara köçürüləcək", - qeyd edib.

Tehran Polis İdarəsindən verilən açıqlamada yanğından sonra xəstəxanaya gedən bir çox yolun nəqliyyata bağlandığı, camaatın xəstəxana ətrafına toplaşmaması ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Yanğın zamanı ölən və ya yaralanan olub-olmadığı barədə hələlik açıqlama verilmir.

QAZİLER.AZ

Diaspora