Cümə günü Tbilisi Respublika Xəstəxanasının həkimləri tərəfindən klinikanın sökülməsinə etiraz olaraq genişmiqyaslı etiraz aksiyasının keçirilməsi nəzərdə tutulub.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.
“Bu, təkcə Respublika Xəstəxanasının əməkdaşlarına və həkimlərinə aid deyil, ölkə ən azı 4 il ərzində ən böyük dövlət klinikasız qalacaq və biz buna yol verə bilmərik”, - deyə klinikanın həkimi Malxaz Qoqua bildirib.
Bu həftə hökumət xəstəxana binasının yenidən qurulmayacağını və sökülərək yenidən tikiləcəyini açıqlayıb. Min nəfərə qədər tibb personalına başqa klinikalara köçürülmə və pul kompensasiyası təklif edilib.
“Bizim tələbimiz odur ki, xəstəxananın işi dayanmasın və uzun illər birgə işləyən kollektiv dağılmasın”, - deyə həkim Levan Qapodze bildirib.
Cümə günü Səhiyyə Nazirliyinin qarşısında keçiriləcək etiraz aksiyası saat 15:00-da başlayacaq. İştirakçılar səhiyyə naziri ilə görüşdə israrlı olacaqlar.
Gürcüstan Səhiyyə Nazirliyi bildirir ki, Respublika Xəstəxanasının demək olar ki, keçmiş tibb işçiləri artıq təklif olunan kompensasiya və işlə təminat təklifləri ilə razılaşıblar.
* Universitet klinikası statusuna malik Respublika Xəstəxanası 1970-ci illərin əvvəllərində tikilib. Səhiyyə Nazirliyi onu 36-48 ay ərzində yenidən tikəcəyini vəd edir.
QAZİLER.AZ