Ukrayna Rusiyanın Krasnodar bölgəsinə apardığı daha iki uşağı vətənə qaytarıb.
Qaziler.az bildirir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Teleqram kanalında iməlumat verib.
"Krınkidə müvafiq olaraq 16-17 yaşlı oğlan və qız yaşayırdı. Sağ sahil azad edildikdən sonra düşmən uşaqları Krasnodar diyarına aparmışdı", - Prokudin yazır.
Hərbi adminasirasiya rəhbərinin sözlərinə görə, ailələr Ukraynaya qayıtdıqdan sonra övladlarına qovuşublar.
QAZİLER.AZ