Bu gün, yanvarın 24-də Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi aparılmalı idi.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin spikeri Andrey Yusov “Azadlıq” radiosuna şərhində bildirib.
“Bildirə bilərəm ki, bu günə planlaşdırılan mübadilə hələ baş tutmur”, - Yusov əlavə edib.
Xüsusilə, Baş Kəşfiyyat İdarəsinin spikeri qeyd edib ki, bu gün səhər saatlarında Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsində hərbi əsirlərin ola biləcəyi barədə Rusiya məlumatı yoxlanılır.
QAZİLER.AZ