Ukrayna uğrunda gedən döyüşlərdə iki əcnəbi könüllü həlak olub. Belarus əsgərləri cəbhədə həlak olublar.
Qaziler.az bildirir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Nəşrin öz mənbələrinə istinadən qeyd etdiyi kimi, Ukraynanın şərqində iki könüllü həlak olub. Bu, 2024-cü il yanvarın ikinci yarısında baş verib.
Müdafiəçilərin adları və döyüşdüyü bölmə təhlükəsizlik baxımından açıqlanmır.
“Azadlıq” radiosunun Belarus bölməsinin məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ən azı 38 belaruslu könüllü cəbhədə həlak olub. Onlar Ukrayna tərəfində rus qoşunlarına qarşı vuruşublar.
QAZİLER.AZ