İranda istehsalat şirkətinin işçilərini daşıyan avtobus aşıb.
Yerli mətbuat yazır ki, yol-nəqliyyat hadisəsi Semnan-Mehdişəhr yolunda baş verib.
Qəza nəticəsində iki nəfərin öldüyü, 26 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd olunur ki, xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.
Semnan əyalətinin yol polisinin rəisi Musa Maqari bildirib ki, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.
Qəzanın təfərrüatı araşdırılır. (oxu.az)