Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində hansı formatda səs verəcəyinə hələ qərar verməyib.
Bu barədə Kreml rəsmisi Dmitri Peskov "SHOT" Telegram kanalına məlumat verib.
Rusiya prezidentinin mətbuat katibinə Putinin səsini elektron şəkildə verəcəyi, yoxsa seçki məntəqəsinə gedəcəyi ilə bağlı sual verilib və o, bu barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Əlavə edək ki, Putini dəstəkləmək üçün Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmək üçün qanunla tələb olunandan 10 dəfə çox imza toplayıblar. Bu barədə onun Seçki Qərargahının həmsədri Vladimir Maşkov məlumat verib.
QAZİLER.AZ