Rusiyanın Samara məhkəməsi müğənni Eduard Şarlotun həbs müddətini martın 24-dək uzadıb.
Qaziler.az bildirir ki, bu barədə TASS-a vəkil Aleksey Lapuzin məlumat verib.
Sənətçi nasizmi reabilitasiya etməkdə və dindarların hisslərini təhqir etməkdə ittiham olunur.
Yanvarın 10-da o, Rusiya prezidenti Vladimir Putindən üzr istəyib və hərəkətini “Amerikapərəst təbliğatdan sərsəmləmək” kimi izah edib. Şarlotun sözlərinə görə, onun bu hərəkətinin səbəbi balanssız psixi vəziyyətdir.
Şarlot xaricdə olarkən Rusiya vətəndaşının pasportunu açıq şəkildə yandırıb və dövlət başçısının portretini cırıb. Bir müddət sonra o, Rusiyaya qayıdıb və orada saxlanılıb.
QAZİLER.AZ