Ukraynanın müdafiə naziri Rustem Umerov Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun bugünkü iclasında Ukrayna Silahlı Qüvvələrinin irəliləyişə nail olmaq üçün nəyə ehtiyacı olduğunu deyib.
Qaziler.az bildirir ki, bu barədə Ukray Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, kifayət qədər miqdarda avadanlıq və sursat, texniki xidmət və ehtiyat hissələri “uğurun kritik komponentidir”.
"Amma irəliləyiş innovasiya və əhəmiyyətli texnoloji tərəqqi tələb edir. Məhz buna görə də 2024-cü ildə müdafiə texnologiyaları Müdafiə Nazirliyinin gündəliyində mərkəzi rol oynayacaq", - rəsmi bildirib.
Umerov həmçinin Ukrayna Müdafiə Qüvvələrinə dəstək verən bütün tərəfdaş ölkələrə təşəkkürünü bildirib. Eyni zamanda, o, uzunmüddətli hərbi yardım paketlərinin artırılmasının kritik ehtiyacını qeyd edib.
QAZİLER.AZ