Qazaxıstanda zəlzələ nəticəsində 44 nəfər yaralanıb

Qazaxıstanda zəlzələ nəticəsində  44 nəfər yaralanıb backend

Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndərilib.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə, Qazaxıstan və Qırğızıstan sərhəddində olub.

Zəlzələnin dərinliyi 65 kilometr dərinlikdə yerləşib.

Diaspora