Ruslar kütləvi şəkildə Gürcüstanı tərk edir

Ruslar kütləvi şəkildə Gürcüstanı tərk edir backend

2023-cü ildə Gürcüstanı tərk edən Rusiya vətəndaşlarının sayı oraya gələnlərdən çox olub.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu ölkənin Daxili İşlər Nazirliyinin saytında dərc olunan statistikada göstərilib. Qeyd olunub ki, ötən il rusiyalılar Gürcüstana 1,8 milyon dəfədən çox səfər ediblər - bu, 2022-ci illə müqayisədə 27,1% çoxdur.

Belə ki, departamentin məlumatına görə, ötən il ruslar Gürcüstan sərhədini daxil olmaq üçün 1 856 237 dəfə, çıxmaq üçün isə 1 887 223 dəfə keçiblər. Ümumilikdə əcnəbilər Gürcüstana 7,1 milyon dəfədən çox səfər ediblər ki, bu da bir il əvvəllə müqayisədə təxminən 30% çoxdur. Eyni zamanda, 2022-ci ildə Rusiya Federasiyası sakinlərinin Gürcüstana səfərlərinin sayı 1 milyon 459 min 541 nəfər təşkil edib. Belə ki, Rusiya ilə quru sərhədindən 757 mindən çox minik avtomobili daxil olmaq üçün, 1,2 milyona yaxın avtomobil isə çıxmaq üçün keçib.

QAZİLER.AZ

Diaspora