Türkiyədə "Qurani-Kərim"i təhqir edən şəxs həbs edilib

Türkiyədə "Qurani-Kərim"i təhqir edən şəxs həbs edilib backend

Türkiyənin Sivas bölgəsinin "Quran-ı Kərim"i ayağıyla basdığı görüntülər sosyal medyada yer aldıqdan sonra "dini dəyərləri təhqiretmə" cinayətindən gözaltına alınan şübhəli ədliyyəyə sövq edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sivas valiliyindənverilən açıqlamada, Səfa Məscidi və Quran Kursu Quruluş və Yaşatma Dərnəyinin Baş Assambleyasına başçı seçimi zamanı namizədlərdən biri olan S.K. məsciddə dərnək üzvləri qarşısında çıxış edərkən "Qurani-Kərimi" üç dəfə öpüb,  daha sonra müqəddəs kitabı yerə qoyub və üzərinə ayağı ilə basıb. 

Açıqlamada S.K.-nın sosial mediada yayılan görüntülərdən sonra "dini dəyərləri təhqir etdiyi" üçün əyalət təhlükəsizlik müdirliyi əməkdaşları tərəfindən nəzarətə alındığı və faktla bağlı Sivas Respublika Prokurorluğu tərəfindən istintaq başladıldığı qeyd edilib. Açıqlamada: "Ali Kitabımıza qarşı edilən bu alçaq hərəkəti qətiyyətlə pisləyirik. belə insanlar qanun qarşısında lazımi cəzalarını alacaqlar”,- ifadəsi işlədildi. 

Polis idarəsində əməliyyatları tamamlanan şübhəli ədliyyəyə sövq edilib.

QAZİLER.AZ

Diaspora