Ukraynalı biznesmenin oğlu Odessada saxlanılıb - Keyfiyyətsiz hərbi geyimlərə görə...

Ukraynalı biznesmenin oğlu Odessada saxlanılıb -  Keyfiyyətsiz hərbi geyimlərə görə... backend

Lvovlu iş adamı İqor Qrinkeviçin oğlu Odessada saxlanılıb.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə  brifinq zamanı baş prokuror Andrey Kostin deyib.

“Ukrayna Silahlı Qüvvələrini 1 milyard qrivna dəyərində keyfiyyətsiz geyimlə təmin edən cinayətkar təşkilatın beşinci üzvü sərhədi keçməyə cəhd edərkən saxlanılıb”, – Kostin bildirib.

RBC-Ukraynanın hüquq-mühafizə orqanlarındakı mənbələri söhbətin Roman Qrinkeviçdən getdiyini təsdiqləyib.

Baş prokurorun brifinq zamanı dediyi kimi, saxlanılma bu gün Odessada səhər saat 6:50-də Roman Qrinkeviç xaricə getmək istəyərkən baş verib.

İstintaqın məlumatına görə, şübhəli şəxs təxminən yanvarın 17-də Odessaya gedib və o vaxtdan dövlət sərhədini keçərək ölkəni tərk etməyə hazırlaşır. Yanvarın 19-da prokurorların vəsatəti ilə məhkəmə onun həbsinə icazə verib.

Saxlanılanlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Qalan dörd şübhəli isə həbsdədir.

Bu gün Qrinkeviçin oğlu üçün qabaqlayıcı tədbirin seçiləcəyi də məlumdur. Bu barədə Dövlət İstintaq Bürosunun direktoru Aleksey Suxaçev məlumat verib. Onun sözlərinə görə, iş adamının oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün bu gün məhkəmə qarşısına çıxarılacaq.

QAZİLER.AZ

Diaspora