Rusiyanın Samara vilayətindəki bazarda baş verən yanğının sahəsi genişlənib - VİDEO

Rusiyanın Samara vilayətindəki bazarda baş verən yanğının sahəsi genişlənib -  VİDEO backend

Samaradakı Kirov bazarında baş verən yanğının sahəsi min kvadratmetrə çatıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi "İvvestiya"ya məlumat verib.

Qeyd olunur ki, yanğının söndürülməsinə 80 nəfər və 22 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 63 əməkdaşı və 16 texnikası cəlb olunub. Əlavə qüvvə və vasitə kimi Kinel stansiyasından yanğın qatarı gətirilib.

Ölən və yaralanan olmayıb.

Xatırladaq ki, Samaranın Kirov bazarında  yanğın yanvarın 22-də səhər saatlarında baş verib. 

QAZİLER.AZ

Diaspora