Rusiyanın əməkdar artisti, fagot ifaçısı Mixail Şilenkovun meyiti yanvarın 18-də günorta saatlarında Moskvada “Lemar” otelinin hamamında tapılıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 19-da “İzvestiya”ya mənbə məlumat verib.
Sənətçinin bədənində heç bir zorakılıq əlaməti olmayıb. Ölüm isə onun cəsədinin tapılmasından bir gün əvvəl baş verib.
Ölümün səbəbləri araşdırılır.
Meyit müayinə olunmaq üçün morqa göndərilib.
Mixail Şilenkov 8 sentyabr 1977-ci ildə anadan olub. 1995-ci ildə Moskva Dövlət Nəfəs Sənətləri Məktəbini bitirib, sonra Gənc Rusiya orkestrinin, 1999-cu ildən Moskva Dövlət Akademik Simfonik Orkestrinin, 2003-cü ildə Bolşoy Simfonik Orkestrinin solisti oldu.
QAZİLER.AZ