Ukraynalı hərbçilər Avdeyevka istiqamətində bir ayda Rusiyanın 100-dən çox zirehli texnikasını məhv edib

Ukraynalı hərbçilər Avdeyevka istiqamətində bir ayda Rusiyanın 100-dən çox zirehli texnikasını məhv edib backend

Dekabrda Ukrayna hərbçiləri Avdeyevka istiqamətində rusiyalı işğalçılarının 100-dən çox zirehli texnikasını məhv ediblər.

Qaziler.az bildirir ki, bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş bildirib.

"Uşaqlar hesablama apardılar və təkcə dekabr ayında 100-dən çox zirehli texnika məhv edilib", - Barabaş deyib.

Onun sözlərinə görə, bir neçə gün rusiyalı hərbçilər texnika ilə fəal şəkildə irəliləyiblər, buna hava şəraiti də imkan verib. Amma indi yenidən hava isinməyə başlayıb və dünən demək olar ki, heç bir texnikadan istifadə etməyiblər.

QAZİLER.AZ

Diaspora