Moskvada idarəetməni itirərək avtobus dayanacağına girən avtomobil azı 4 nəfəri vurub.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 19-da “İzvestiya”nın mənbəsi məlumat verib.
Hadisə yanvarın 19-da səhər saatlarında Novoçerkasski bulvarında da baş verib.
"Dörd nəfər yaralanıb", - mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, toqquşma zamanı zərərçəkənlərdən biri kəllə-beyin travması alıb. Bundan əlavə, iki qadında xəsarətlər qeydə alınıb. Həkimlər onlara kömək edir.
Hadisə yerinə təcili tibbi briqadalar gəlib. Qəzanın təfərrüatları və zərərçəkənlərin vəziyyəti dəqiqləşdirilir.
QAZİLER.AZ