Kadırov 16 yaşlı oğlunun cəbhə xəttində çəkilmiş görüntüsünü yaydı - VİDEO

Kadırov 16 yaşlı oğlunun cəbhə xəttində çəkilmiş görüntüsünü yaydı - VİDEO backend

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adamın cəbhə xəttində çəkilmiş görüntülərini yayıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Kadırovun xüsusi hərbi əməliyyat zonasına (Ukraynadakı müharibə-red.) baş çəkdiyi zaman lentə alınan görüntülər ortaya çıxıb. Müvafiq videonu Kadırov öz Telegram kanalında yayımlayıb.

Videoda Adam Kadırovun Çeçenistandan olan Dövlət Dumasının deputatı Adam Delimxanovun yanında dayandığı görünür. 

Çeçenistan rəhbəri daha əvvəl Adam Kadırovun cəbhə xəttinə gəldiyini bəyan etmişdi. 

QAZİLER.AZ

Diaspora