Polşa hakimiyyəti Ukrayna vətəndaşları üçün 2022-ci ilin martında Avropa İttifaqı Şurasının icraçı qərarı ilə işə salınmış müvəqqəti müdafiə mexanizmini yenidən bir il müddətinə uzadıb. İndi yenilənmiş son tarix 4 mart 2025-ci il tarixinə qədər etibarlı olacaq.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Polşa hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, indiyədək verilmiş müvəqqəti müdafiə şəhadətnamələrinin də qüvvədə olma müddəti analoji qaydada uzadılıb.
Mətbuat xidməti əlavə edib ki, müddəalar müvəqqəti mühafizə müddətinin uzadılması ilə əlaqədar artıq verilmiş sertifikatların dəyişdirilməsi üçün hüquqi əsas vermir.
Belə ki, sənədlərdə onların etibarlılıq müddətinin uzadılması ilə bağlı müvafiq qeyd var, o qeydə əsasən, artıq sertifikat almış əcnəbilər onlardan hüquqi statuslarını təsdiq edən yaşayış sənədləri kimi istifadə etməyə davam edə bilərlər, Polşa hökumətindən bildirilib.
QAZİLER.AZ