Moskvanın daha bir hava limanı təyyarələrin qəbulunu dayandırıb

Moskvanın daha bir hava limanı təyyarələrin qəbulunu dayandırıb backend

Şeremetyevo Beynəlxalq Hava Limanı təyyarələrin qəbulunu dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə “Flightradar24” internet portalı məlumat yayıb. Portalın qeyd etdiyinə görə, təyyarələr sadəcə olaraq səmada dövr edir.

Xidmətin məlumatına görə, təyyarələr bir neçə saatdır yerə enə bilmir. Hava limanının üstündəki hava məkanının bağlanmasının səbəbləri barədə məlumat verilmir.

“SHOT” teleqram kanalı İjevsk, Sankt-Peterburq, Orenburq və Minskdən uçan dörd təyyarənin Nijni Novqoroddakı alternativ aerodroma getdiyini bildirib. Telekanalın məlumatına görə, daha bir neçə təyyarə Şeremetyevo ərazisində saxlama zonasında qalıb.

QAZİLER.AZ

Diaspora