Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 8 nəfərin tutulduğunu bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirlikdən verilən açıqlamada sərhədlərdə terrorla mübarizənin davam etdiyi vurğulanıb.
Açıqlamada Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 8 nəfərin tutulduğu, aparılan araşdırmalar nəticəsində tutulanlardan 5-nin FETÖ üzvü olduğu müəyyən edilib.
QAZİLER.AZ