"Şahed"lərin Ukraynaya gecə hücumu: 13-ü vuruldu...

"Şahed"lərin Ukraynaya gecə hücumu: 13-ü vuruldu... backend

Rusiya qoşunları Ukrayna ərazisinə “Şahed” tipli kamikadze pilotsuz təyyarələrlə hücum edib. Ukraynanın cənub müdafiə qüvvələri üç bölgədə hava hücumundan müdafiə vasitələri ilə düşmənin 13 pilotsuz təyyarəsini məhv edib.

Qaziler.az bildirir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin Teleqramı məlumat yayıb.

“Düşmən gecə saatlarında “Şahed-131/136” tipli hücum pilotsuz təyyarələri ilə cənub rayonlarına hücum edib. Hava hücumundan müdafiə bölmələri təxminən üç saat "işləyib". Nikolayev və Kirovoqrad vilayətlərində bir pilotsuz təyyarə məhv edilib”, - Cənub Müdafiə Qüvvələrinin məlumatında deyilir.

Qeyd olunur ki, düşmən əsas səylərini Odessaya hücumlara cəmləyib. Kamikadze-dronlar Qara dənizdən kritik dərəcədə aşağı hündürlükdən daxil olub.

Odessa vilayətində 11 pilotsuz təyyarə sahilə yaxınlaşarkən vurulub, böyük əksəriyyəti dənizə düşüb. Lakin vurulmuş bir neçə pilotsuz təyyarənin qalıqları və partlayış dalğası Odessanın Primorski rayonunda yaşayış binalarına, mağazalara və şəxsi avtomobillərə ziyan vurub.

QAZİLER.AZ

Diaspora