Qırğızıstanda hərbi helikopterin qəzaya uğramasının təfərrüatları məlum olub

Qırğızıstanda hərbi helikopterin qəzaya uğramasının təfərrüatları məlum olub backend

Xəbər verildiyi kimi, Qırğızıstanın paytaxtı Bişkekdə hərbi helikopterin qəzaya uğrayıb və bunun nəticəsində 1 nəfər həlak olub.

Bildirilir ki, Qırğızıstanda qəzaya uğrayan Mi-8 vertolyotu təlim uçuşu zamanı məcburi sərt eniş edib.

Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb.

İdarənin ilkin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Qeyd olunur ki, qəzanın baş vermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Bişkekdə hərbi helikopterin qəzaya uğraması yanvarın 17-də səhər saatlarında məlum olub. Bildirilib ki, təyyarə Qırğızıstan paytaxtının kənarındakı "Dostuk" mikrorayonunda qəzaya uğrayıb.

QAZİLER.AZ

Diaspora