Sankt-Peterburq məhkəməsi Ukrayna kəşfiyyatı ilə əməkdaşlığa cəhd edən dağıstanlını həbs edib

Sankt-Peterburq məhkəməsi Ukrayna kəşfiyyatı ilə əməkdaşlığa cəhd edən dağıstanlını həbs edib backend

Rusiyanın Sankt-Peterburq şəhərinin Smolninski Rayon Məhkəməsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi  ilə məxfi əlaqə yaratmağa cəhd etməkdə şübhəli bilinən 67 yaşlı Dağıstan vətəndaşını həbs edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə çərşənbə axşamı, yanvarın 16-da şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətindən məlumat verilib.

"Həmin şəxs fəal şəkildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əlaqə saxlayıb və Ukrayna tərəfinə məlumat vermək niyyətində olduğunu bildirməkdə, ə Rusiya Federasiyasının hərbi məğlubiyyətinə töhfə verə biləcək konkret tədbirlər görməkdə şübhəli bilinir", - mətbuat xidməti xəbər verir. Bu barədə xidmət Telegram kanalında məlumat yayıb.

Onun bu niyyəti FTX-nin regional şöbəsinin əməkdaşları tərəfindən dərhal dayandırılıb və həmin şəxs saxlanılıb. Şübhəli şəxs növbəti məhkəmə iclasının keçiriləcəyi martın 11-dək istintaq təcridxanasında qalacaq.

QAZİLER.AZ

Diaspora