Aİ-nin Ukraynaya maliyyə yardımı blokun büdcəsindən ayrı olmalıdır - Orban

Aİ-nin Ukraynaya maliyyə yardımı blokun büdcəsindən ayrı olmalıdır - Orban backend

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının büdcəsinə Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı dəyişikliklərin qəbul edilməsinə qarşı çıxıb. Rəsmi hesab edir ki, ölkəyə maliyyə dəstəyi blokun büdcəsinə “zərər” verməməlidir.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters" xəbər verir.

Macarıstan hökumətinin başçısının yanvarın 16-da keçirdiyi mətbuat konfransında sədləndirdiyi fikrinə görə, Ukrayna üçün istənilən maliyyə aləti Aİ büdcəsindən ayrı olmalıdır.

“Əgər biz Ukraynaya kömək etmək istəyiriksə,  bunu Aİ büdcəsinə zərər vurmayacaq şəkildə etməliyik.

Orban təsdiqləyib ki, Macarıstan Aİ-dən Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılmasına qarşıdır.

"Aİ büdcəsindən 50 milyard avronun dörd il üçün əvvəlcədən verilməsi Aİ-nin suverenliyinin və milli maraqlarının pozulmasıdır. Biz ilin dörddə birində nə baş verəcəyini belə bilmirik", - macar siyasətçi bildirib.

Orbanın sözlərinə görə, Macarıstanın Ukraynaya maliyyə dəstəyi mexanizminin yaradılması təklifi yardımın ümumi milli gəlir (ÜMİ) əsasında bölüşdürülməsinə əsaslanır.

"Əgər Brüssel bunu qəbul etsə, bu, Ukraynaya büdcədən kənar yardım olacaq. Əks halda, təəssüf ki, bu prosesi dayandıracağam", - o, veto hüququndan istifadə etmək niyyətini təkrarlayıb.

mənbə: RBK-Ukrayna

QAZİLER.AZ

Diaspora