"Wildberries" onlayn pərakəndə satış şirkəti yanvarın 13-də anbarda işləyən 16 nəfərin axtarışını davam etdirir.
Qaziler.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.
"Hazırda 16 nəfərin yerini müəyyənləşdiririk", - məlumatda deyilir.
“Wildberries”in mətbuat xidməti bir müddət əvvəl Şuşarıda yanan anbarın 49 əməkdaşı ilə əlaqə yaranmadığına görə, şirkət nümayəndələrinin yaxınları ilə əlaqə saxladığını bildirib.
Yanvarın 13-də Sankt-Peterburqun Şuşarı qəsəbəsində onlayn pərakəndə satış obyektinin anbarında yanğın baş verib. "Wildberries"-in mətbuat xidmətindən verilən açıqlamada qeyd olunur ki, həmin gün Moskva vaxtı ilə saat 07:20-də anbarda 1,2 min insan olub.
Ölən və yaralananlar barədə məlumat verilmir.
İstintaq Komitəsi yanğınla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 201-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açıb.
QAZİLER.AZ

