Ukrayna yanvarın 14-də Azov dənizində Rusiyanın A-50 və İl-22 təyyarələrinin vurulmasını rəsmən təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının və Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqramında məlumat verilib.
"Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin döyüşçüləri düşmənin A-50 uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsini və İl-22 hava idarəetmə mərkəzini məhv ediblər", - Zalujnı yazıb.
O, həmçinin Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə Hərbi Hava Qüvvələrinə təşəkkür edib.
Təyyarələrin vurulmasının rəsmi təsdiqi Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Teleqramında da yer alıb.
"Azov bölgəsində keçirilən xüsusi əməliyyat uğurla başa çatıb. Ardı var...", - məlumatda deyilir.
QAZİLER.AZ