Rusiyada xilasedicilər yanvarın 1-dən itkin düşmüş balıqçını Tayşat rayonunda meşədən təxliyə ediblər.
Qaziler.az bildirir ki, bu barədə İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin Teleqram kanalında hadisə yerindən görüntülər paylaşılıb.
Yanvarın 14-də vəziyyəti qənaətbəxş olan şəxs tapılaraq yaxınlarına təhvil verilib.
"Zərərçəkənin vəziyyəti qənaətbəxşdir və tibbi yardıma ehtiyacı yoxdur. Saat 19:50-də o, Vengerka kəndindəki qohumlarının yanına təhvil verilib", - idarədən bildirilib.
Bir qədər əvvəl bildirilmişdi ki, yanvarın 12-də yaxınları onun itkin düşməsi barədə məlumat verən kimi onun axtarışlarına başlanılıb. Onların sözlərinə görə, həmin şəxs yanvarın 1-də Tequr çayının mənsəbində balıq tutmağa gedib və sonra əlaqə saxlamayıb.
QAZİLER.AZ