Türkiyə heç bir bəhanə və ya səbəblə cənub sərhədləri boyunca terroristan yaradılmasına icazə verməyəcək.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TŞ-nin toplantısında deyib.
Ərdoğanın ofisindən verilən məlumata görə, görüş zamanı terrorla mübarizənin gedişatı, o cümlədən cümə günü bölgədə həyata keçirilən xain terror aktı kontekstində atılan və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində türk bazasına hücum edən terrorçular 9 türk əsgərini şəhid edib. Türk ordusu qisas əməliyyatına başlayıb və terrorçulara ağır zərbələr endirir. İndiyə qədər 57 terrorçu zərərsizləşdirilib.