Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasının “rəhbərlərindən” biri olan Serhat Balı tutub.
"Report" “Anadolu”ya istinadən xəbər verir ki, o, Türkiyədən kənarda keçirilən əməliyyat nəticəsində ələ keçirilib.
Terrorçunun Avropaya qaçmağa hazırlaşdığı bildirilib.
Onun terror təşkiilatında konkret olaraq hansı vəzifəni icra etdiyi açıqlanmayıb.