İtkin düşdüyü deyilən reper evindəki yanğında ölüb

İtkin düşdüyü deyilən reper evindəki yanğında ölüb backend

Ötən ilin sonlarında itkin hesab edilən reper Sir-J (Sergey Bulavintsev) evində baş verən yanğında dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, ifaçı Rastorquevodakı bağ evində baş verən yanğında dünyasını dəyişib. İlkin baxış zamanı hadisə yerində heç bir qalıq aşkar edilməyib. Lakin yanvarın 10-da  evə ikinci baxış zamanı onun cəsədi aşkar edilib.

Məhkəmə ekspertləri qalıqların Bulavintsevə aid olduğunu təsdiqləyiblər.

Dekabrın 29-da reper Kalininqraddakı konsertindən sonra Rastorquevodakı bağ evinə qayıdıb. Elə həmin gecə onun evində yanğın baş verib.

Hadisədən sonra Bulavintsevin qatarla Moskva vilayətinə getdiyi iddia edilib.

Sergey Bulavintsevi "rep veteranı" adlandırdılar.

QAZİLER.AZ

Diaspora