Rusiya işğalçıları yanvarın 12-də Xersonu artilleriya atəşinə tutublar, iki nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə Xerson vilayət polis idarəsinin rəhbəri Aleksandr Prokudin və Xerson vilayət prokurorluğunun Teleqramında məlumat yayılıb.
"2024-cü il yanvarın 12-də saat 12:00 radələrində Rusiya hərbçiləri Xerson şəhərini artilleriyadan atəşə tutublar. Düşmənin hücumu nəticəsində iki vətəndaş həlak olub", - prokurorluğun bəyanatında deyilir.
Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin də qeyd edib ki, işğalçılar şəhərin küçələrini artilleriya atəşinə tutublar.
"Zərbə nəticəsində bir qadın dünyasını dəyişib. Avtomobildə yanmış meyit də tapılıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir", - o əlavə edib.
QAZİLER.AZ